VMware by Broadcom
VMware məhsulları
Hazırda aşağıdakı məhsullar mövcuddur. Onlar prosessorun fiziki nüvələrinin sayına əsasən yalnız abunə modeli üzrə lisenziyalaşdırılır.
VMware vSphere Foundation (VVF)
VVF korporativ səviyyəli kompleks virtuallaşdırma həllidir və aşağıdakı komponentləri özündə birləşdirir:
- VMware vSphere Enterprise Plus — tam funksionallığa malik flaqman hipervizor
- vCenter Standard — virtual infrastrukturun mərkəzləşdirilmiş idarə edilməsi
- Operations Management for VMware vSphere Foudation — monitorinq, optimallaşdırma və əməliyyatların idarə edilməsi üçün alətlər
- Tanzu Kubernetes — monitorinq, optimallaşdırma və əməliyyatların idarə edilməsi üçün alətlər
- vSAN — hər nüvə üçün 250 GiB (tutum vSAN Add-on vasitəsilə artırıla bilər)
VVF, VCF-in bütün funksiyalarına ehtiyacı olmayan, lakin korporativ səviyyəli virtuallaşdırma həlli axtaran müştərilər üçün uyğundur.
VVF fiziki nüvələrin sayına əsasən (per core) abunə modeli üzrə lisenziyalaşdırılır. Hər prosessor (CPU) üçün minimum 16 nüvə lisenziyalaşdırılmalıdır. Abunə 1, 3 və ya 5 il müddətinə təqdim olunur.
VMware Cloud Foundation
VMware Cloud Foundation hesablama resurslarını, məlumat saxlama sistemlərini və şəbəkəni vahid proqramla müəyyən edilən mühitdə birləşdirən, özəl buludun qurulması və idarə edilməsi üçün tam funksional platformadır. Platformaya aşağıdakı komponentlər daxildir:
- vSphere — hesablama resurslarının virtuallaşdırılması.
- vSAN — proqramla müəyyən edilən məlumat saxlama sistemi.
- NSX — şəbəkə virtuallaşdırması və təhlükəsizliyi.
- VCF Automation — virtual maşınları, Kubernetes klasterlərini və süni intellekt mühitlərini sürətlə işə salmaq üçün özünəxidmət portalı və xidmət kataloqları təqdim edir. Komandalar müəyyən edilmiş qaydalara və kvotalara riayət etməklə bir neçə dəqiqə ərzində lazımi resursları əldə edə bilirlər.
- VCF Operations — bütün mühit üzrə əməliyyatlara tam görünürlük təmin edir. Buraya monitorinq, analitika, resurs tutumunun proqnozlaşdırılması, xərclərin optimallaşdırılması və problemlərin qabaqcadan aşkarlanması daxildir.
Platforma Kubernetes-i, konteyner əsaslı tətbiqləri və süni intellekt və maşın öyrənməsi (AI/ML) iş yüklərini dəstəkləyir. Daxili təhlükəsizlik funksiyaları və nasazlıqlara yüksək davamlılıq müasir özəl və hibrid bulud mühitlərini vahid platformadan idarə etməyə imkan verir.
Minimum sifariş həcmi 72& nüvədir. Maksimum hədd yoxdur və nüvələrin sayı ehtiyaca uyğun artırıla bilər.
Platforma ilkin quraşdırmadan yeniləmələrə və miqyaslandırmaya qədər infrastrukturun bütün həyat dövrünü mərkəzləşdirilmiş və avtomatlaşdırılmış şəkildə idarə etməyə imkan verir.
Advanced Services
VMware Cloud Foundation üçün Advanced Services baza platformasının imkanlarını genişləndirən və ayrıca satın alınan əlavə xidmətlərdir:
- Avi Load Balancer — daxili veb tətbiq təhlükəsizlik divarına (WAF) malik, proqramla müəyyən edilən L4–L7 səviyyəli yük balanslaşdırıcısıdır. Veb tətbiqlərini qoruyur, avtomatik miqyaslandırma və trafikin ətraflı təhlilini təmin edir, Kubernetes və bulud infrastrukturu ilə inteqrasiya olunur.
- VMware vDefend — mikrosementasiya, təhdidlərin aşkarlanması və iş yüklərinin qorunması funksiyalarını birləşdirən şəbəkə təhlükəsizliyi platformasıdır. Hücum riskini azaltmağa və özəl buludda Zero Trust yanaşmasını tətbiq etməyə imkan verir.
- Data Services Manager — verilənlər bazalarının xidmət kimi (DBaaS) yerləşdirilməsi və idarə olunması üçün mərkəzləşdirilmiş xidmətdir. Tətbiqlər üçün məlumat xidmətlərinin təqdim edilməsini, yenilənməsini və bütün həyat dövrü üzrə idarə olunmasını sadələşdirir.
- VMware Live Recovery — nasazlıqlara davamlılığı və qəzalardan, eləcə də fidyə proqramı hücumlarından sonra bərpanı təmin edən həlldir. Özəl və hibrid mühitlərdə xidmətlərin sürətlə bərpasına və kritik məlumatların qorunmasına imkan verir.
VMware Tanzu
VMware Tanzu müasir tətbiqlərin hazırlanması və istismarı üçün platformadır. O, özəl və hibrid bulud mühitlərində konteyner əsaslı və Kubernetes üzərində işləyən tətbiqləri sürətlə yaratmağa, yerləşdirməyə və idarə etməyə imkan verir. Tanzu özünəxidmət, daxili təhlükəsizlik və avtomatlaşdırma imkanları ilə DevOps və tətbiq komandalarının işini asanlaşdırır. Platforma özəl süni intellekt (Private AI) və məlumat xidmətlərini dəstəkləyir, kodun yazılmasından tətbiqin istehsal mühitinə (production) çıxarılmasına qədər bütün prosesi vahid qaydada idarə etməyə imkan verir.
VMware həlləri ilə bağlı suallarınızı aşağıdakı e-poçt ünvanına göndərə bilərsiniz product@monttech.az.