VMware by Broadcom
VMware — bulud hesablamaları və virtuallaşdırma texnologiyaları üzrə dünyanın aparıcı təchizatçılarından biridir. 1998-ci ildə yaradılan VMware korporativ virtuallaşdırma həlləri ilə tanınır.
VMware-in əsas innovasiyalarından biri hipervizordur. Hipervizor avadanlıqla əməliyyat sistemləri arasında yerləşən proqram təminatı qatıdır və bir neçə virtual maşının (VM) eyni fiziki serverdə bir-birindən müstəqil işləməsinə imkan verir.
VMware-in tarixində mühüm hadisələrdən biri şirkətin Broadcom tərəfindən satın alınması oldu. 2023-cü ildə tamamlanan bu əməliyyat çərçivəsində yarımkeçiricilər və infrastruktur proqram təminatı həlləri üzrə dünya lideri olan Broadcom VMware-i təxminən 61 milyard ABŞ dollarına satın aldı. Bu, texnologiya tarixində ən iri sövdələşmələrdən biri idi. Satınalma VMware həllərinin Broadcom-un proqram təminatı portfelinə inteqrasiyasına, bulud və hibrid mühitlərdə imkanlarının genişlənməsinə şərait yaradır. VMware geniş müştəri bazasına etibarlı virtuallaşdırma həlləri və bulud xidmətləri təqdim etməyə davam edir.
VMware-in məhsul portfelində və lisenziyalaşdırma modelində əhəmiyyətli dəyişikliklər edilib. Müştərilərin ehtiyaclarına daha yaxşı cavab vermək üçün məhsul portfeli sadələşdirilib və abunə modelinə keçid edilib. Aktual məhsul çeşidi [burada] dərc olunub.
MONT TECH VMware by Broadcom-un Azərbaycandakı rəsmi distribütorudur. Şirkət bütün VMware məhsullarının tədarükünü və dəstəyini təmin edir. Bizimlə əməkdaşlıq edən təşkilatlar VMware həllərinin tam çeşidindən yararlana, bu texnologiyalardan səmərəli istifadə etmək üçün lazımi dəstək və ekspert məsləhəti ala bilərlər.

Broadcom süni intellekt üçün özəl bulud infrastrukturlarının təhlükəsizliyini gücləndirmək və inkişafını sürətləndirmək məqsədilə VMware portfelini yeniləyir
Broadcom VMware portfelini yenilədiyini elan edib. Şirkət çərçivəsində özəl süni intellekt (AI) infrastrukturunun qurulması, kibertəhlükəsizliyin gücləndirilməsi, tələblərə uyğunluğun təmin edilməsi və məlumatların qorunması üçün yeni imkanlar təqdim edib.

VMware Data Services Manager 9.1.1 artıq əlçatandır
DSM 9.1.1: verilənlər bazalarını aktual, dayanıqlı və təhlükəsiz saxlamaq.
- İnfrastruktur
- Virtualizasiya
- VMware
- Classic

VMware Cloud Foundation 9.1.1 versiyasının buraxılışı
AI və Kubernetes üçün yeni imkanlar.
VMware resursları linki
Sualınız yaranıb? Bizə müraciət edə bilərsiniz
- Həllər ilə bağlı suallarınızı bizə yönləndirin: product@monttech.az
