Veeam Data Platform v13 təqdim olunur: məhdudiyyətsiz appliance yanaşmasının sadəliyi
Büdcələr azaldıqca, dayanma müddətinin və kibercinayətlərin dəyəri artmaqda davam edir. Sizin CISO üçün əsas prioritet zəmanətli bərpaolunma, CIO üçün — miqyaslana bilən sadəlik, IT komandası üçün isə sürət və etibarlılıqdır. Veeam Data Platform avtomatlaşdırılmış mühafizə, süni intellekt əsaslı analiz və daxili dayanıqlıq təqdim edir ki, nasazlıq anında problemi araşdırmaqla vaxt itirməyəsiniz, dərhal bərpaya keçəsiniz.
Hər gün milyonlarla təhdid zəif nöqtələr axtarır. Veeam Data Platform bu boşluqları qorunan və avtomatlaşdırılmış mexanizmlər vasitəsilə aradan qaldırır. Sürətli bərpa, konkret təchizatçılara bağlılığın olmaması və məlumatların çevik şəkildə köçürülməsi sayəsində Veeam şirkətlərə öz məlumatları üzərində tam nəzarət imkanı verir.
Veeam Data Platform v13: əsas prinsiplər və yeniliklər
13-cü versiyanın istifadəyə verilməsi ilə Veeam, biznesi davamlı olaraq sınağa çəkən dünyada strateji dayanıqlıq istiqamətində növbəti addımını atır. Yenilənmə daxili təhlükəsizliklə təchiz olunmuş, məlumatların qorunması üzrə həyat dövrünün idarə edilməsini xeyli sadələşdirən təkmilləşdirilmiş platformanı təqdim edir.
Transformasiya olunmuş təhlükəsizlik
Təhlükəsizlik hər şeydən öncə: ilkin olaraq qorunan, avtomatik yenilənən appliance müdafiə səviyyəsini artırır, imtiyazların artırılması riskini azaldır və tələblərə uyğunluğu asanlaşdırır.
Çevik proqram təminatlı appliance
Veeam Software Appliance — “minimal yetərli” qorunan əməliyyat sistemi və Veeam proqram təminatı ilə əvvəlcədən konfiqurasiya olunmuş sistemdir. DISA STIG[1] standartlarına uyğun olaraq gücləndirilmiş və avtomatik təhlükəsizlik yeniləmələri ilə təmin olunmuşdur. Bu yanaşma daha az risklə sürətli nəticə əldə etməyə imkan verir və komandanı gündəlik rutin işlərdən azad edir.
Təkmilləşdirilmiş RBAC (rollara əsaslanan girişin idarə olunması)
İncə hüquq tənzimləməsi və “zero trust” prinsipi əsasında qurulan RBAC modeli imtiyazları məhdudlaşdırır, hücum səthini azaldır və həssas məlumatları qoruyur.
Vahid giriş üçün SAML
MFA ilə birlikdə SAML əsaslı SSO mərkəzləşdirilmiş autentifikasiyanı təmin edir, identiklik səviyyəsində qoruma yaradır və tələblərə uyğunluğu asanlaşdırır. Giriş prosesi sadə və təhlükəsiz olaraq qalır.
Davamlılığın yeni mərhələsi
Yüksək əlçatan appliance nasazlıqlar zamanı belə ehtiyat nüsxələmə xidmətlərinin işləməsini təmin edir, yoxlanılmış “təmiz” bərpa nöqtələri isə servisləri bir neçə dəqiqə ərzində geri qaytarmağa imkan verir.
Yüksək əlçatanlıq
İstər hibrid, istərsə də multi-bulud arxitekturası istifadə olunsun, Veeam ehtiyat nüsxələrin və replikaların daimi hazır olmasını təmin edir ki, fövqəladə hallar zamanı belə biznes dayanmasın.
Azure-da ani bərpa
Fəlakətdən bərpa planında boşluqlar yaranmadan məlumatların bir neçə dəqiqə ərzində bərpasına imkan verir.
İntuitiv veb-interfeys
Sadələşdirilmiş brauzer əsaslı interfeys əlavə mürəkkəblik və təlim ehtiyacı olmadan qorumanın idarə edilməsini təmin edir.
Veeam Updater
Bütün ehtiyat nüsxələmə infrastrukturunun yenilənmələrinin mərkəzləşdirilməsi və avtomatlaşdırılması — əl ilə əməliyyatlar və gözlənilməz dayanma olmadan.
Süni intellekt imkanları
Avtomatik hesabatlar və anomaliyaların aşkarlanması bir neçə dəqiqə ərzində reaksiya verməyə imkan yaradır, yeni interaktiv hesabat imkanları isə araşdırma vaxtını azaldır və “kor zonaları” minimuma endirir.
Zərərli proqram təminatının analiz agenti
Anomaliyaları aşkar edir, təsirin miqyasını müəyyənləşdirir və təmiz bərpa nöqtələrini tapır - bütün bunlar birbaşa Veeam Intelligence-in çat interfeysində.
Dərin məlumat analizi agenti
Sorğunuza əsasən performans və ya ehtiyat nüsxələr üzrə hesabatları dərhal yaradır -menyular, axtarış və gecikmələr olmadan.
Məlumatların dayanıqlığı üzrə gündəlik xülasə
Süni intellekt tapşırıqların nəticələri, Veeam Knowledge Base məqalələrinə keçidlər və tövsiyələrdən ibarət gündəlik e-poçt hesabatı formalaşdırır.
Biznes üçün dəyər
V13 idarəetməni xeyli sadələşdirib və mərkəzləşdirib, hazır “qutudan çıxan” qorunan stack təmin edib.
Yeni versiya birləşdirir:
- inkişaf etmiş təhlükəsizlik,
- dayanıqlıq,
- süni intellekt əsaslı analitika,
— hamısını bir həllin içində.
Appliance modeli yerləşdirməni sadələşdirir, riskləri azaldır və yeniləmələri sürətləndirir.
Veeam Data Platform təmin edir
- Virtual, bulud, fiziki mühitlər, korporativ tətbiqlər və strukturlaşdırılmamış məlumatlar üçün vahid məlumat qoruması.
- Kiberdavamlılıq: təhdid axtarışı, zərərli proqram skaneri, dəyişməz backup-lar, avtomatik bərpa yoxlaması.
- ServiceNow, Palo Alto Networks, CrowdStrike, Splunk, Microsoft ilə inteqrasiyalar.
- Qorunan dəyişməz yaddaş: Veeam Data Cloud Vault və genişlənmiş Veeam Cyber Secure xidmətləri korporativ səviyyəli bu xidməti tamamlayır, beləliklə biznesiniz hər şəraitdə işləməyə davam edir.
Nəticə
Platforma şirkətlərə dayanıqlılığı artırmağa, bərpəni sürətləndirməyə və təhlükəsizlik tələblərinə uyğunluğu sadələşdirməyə kömək edir.
Mühafizə, bərpa və məlumatların ağıllı analitikasını birləşdirərək, Veeam sizə vəziyyətə reaksiya verməkdən onu idarə etməyə, qeyri-müəyyənlikdən isə əminliyə keçməyə imkan verir.
[1] Defense Information Systems Agency (DISA) Security Technical Implementation Guide (STIG)